Çexiya çempionatında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Teplitse” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Kamran bu görüşün də iştirakçısı olmayıb. Millimizin üzvünün adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Geridə qalan turlarda 8 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi