Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Dəniz bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Bursaspor" geridə qalan turlarda topladığı 12 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi