"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə 0:0 hesablı heç-heçə edərək ilk xalı aktivinə yazdırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Mahir Mədətəov jurnalistlərin suallarını cavablandırıb:
- Evdə oyun keçirəndə komandaya inanıram, hər şey mümkündü. Yaxşı mübarizə apardıq. 3 xal da qazana bilərdik. 10 nəfərlə qalanda isə daha ehtiyatlı davrandıq. Uşaqlar yaxşı oyun sərgilədi.
- Bu oyun “Qarabağ”a nə verdi? Digər matçlara baxanda bu gün daha inamlı idiniz...
- “Roma” ilə oyunda ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.
- Qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?
- Nə deyim... Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi.
- Cavab görüşü barədə nə düşünürsən?
- Topaz Premyer Liqasında “Qəbələ” ilə oyunu düşünürəm.
- “Atletiko”nun prezidenti ilə görüş keçirdiniz. Nə barədə danışdınız?
- “Bakı”da oynadığım müddətdə “Atletiko”ya qarşı oynamışdım. Hamısı ispanca danışırdılar. Başa düşmürdüm.
- Meydandakı atmosfer barədə nə deyə bilərsən?
- Hamısı möhtəşəm idi. 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür.
- Qrupda 3-cü yeri tutaraq Avropa Liqasında vəsiqə qazanmaq olar?
- Biz maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni etməliyik. Oyunlarda xal toplamalıyıq.
saytlarin hazirlanmasi