"Bizim üçün çox çətin olacağını bilirdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib, Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda öz meydanında "İnter"i məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib.
O, fikirlərini belə izah edib: "Neftçi"yə böyükhesablı məğlubiyyətdən sonra komandanı toparlamaq asan olmadı Qələbə qazandığımız üçün çox sevinirik".
- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?
- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldı ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin oyunlar gözləyir.
- Eltun Yaqublu əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi...
- Eltun komandanın kapitanıdı. Bu məsələylə bağlı futbolçularla danışacağıq. Hər iki futbolçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdı. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Bu komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədi. Eltun keçən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.
saytlarin hazirlanmasi