Kipr çempionatında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" səfərdə “Etnikos”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
Geridə qalan turlarda 18 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.
saytlarin hazirlanmasi