Almaniya Futbol Federasiyasının İntizam Komitəsi "Ezgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarovu cəzalandırıb.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib. Bundn əlavə Aue təmsilçisi Nazarovun hərəkətinə görə 3 min avro məbləğində cərimə olunub.
Qeyd edək ki, yığmamızın futbolçusu II Bundesliqanın 11-ci turunda "Yan Regensburq"la oyunun 20-ci dəqiqəsində topu bilərəkdən rəqib futbolçunun üzünə vurduğu üçün cəzaya məruz qalıb.
Klubun rəsmi saytına açıqlama verən D.Nazarov qərarla razılaşdığını bildirib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”
saytlarin hazirlanmasi