Son mövsüm başa çatdıqdan sonra klubsuz qalan Vaqif Cavadov özünə yeni klub tapıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, milli komandamızın üzvü "İnter"in düşərgəsindədi. Təcrübəli forvard paytaxt təmsilçisi ilə məşq edir.
"İnter"in transfer qadağası olduğu üçün Cavadov klubla müqavilə imzalaya bilmir. Gələn ilin yanvar ayında arasında tərəflər arasında sözləşmə imzalanması gözlənilir.
Qeyd edək ki, Vaqif Cavadovun son klubu AZAL olub.
saytlarin hazirlanmasi