Milimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya" Ukrayna kubokunda növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, komanda 1/8 finalda "Dinamo"nu (Kiyev) qəbul edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Burada daha 2 qol vuran "Dinamo" yekunda 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Paşayevə şans verilməyib.
saytlarin hazirlanmasi