"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi “Atletiko” İspaniya La Liqasının 10-cu turunda evdə “Vilyarreal”la heç-heçə edib - 1:1.
Sportal.az xəbər verir ki, "hindular"ın müdafiəçisi Xuanfran oyunla bağlı fikirlərini bildirib. 32 yaşlı futbolçu “Qarabağ”la oyununda hər şeyin tam fərqli olacağına inandığını bildirib:
“Bu oyun “Çelsi” və “Barselona” ilə qarşılaşmalardakı kimi olmadı. Bu matçd müdafiədə də diqqətli oynadıq. Nəinki ikinci, hətta daha çox qol vura bilərdik. Qələbəyə layiq idik. Bir az dəqiq oynasaydıq, böyük hesabla qalib gələ bilərdik. Hücumçularımıza inanırıq, çünki onların hər gün necə çalışdıqlarını görürük. Əminəm ki, çərşənbə axşamı onlar öz hədəfinə çatacaq və “Qarabağ”la oyunda hər şey tam fərqli olacaq”.
“Atletiko” - “Qarabağ” oyunu oktyabrın 31-də, Bakı vaxtıyla saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi