Samir Abasovdan rəhbərliyə mesaj: "Bunu düşünməlidirlər" MÜSAHİBƏ

20:20 - 29 Oktyabr 2017

Topaz Premyer Liqasının X turunda “Neftçi” “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
 
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
 
- Oyuna pis başladıq. Daha əvvəlki matçlarda rahat çıxmış etmişdik. Qol vurandan sonra ümidlənmişdik. Ancaq son dəqiqələrdə qapıçımız səhv etdi. Mehdi Cənnətovla bağlı çox danışırdılar. Fərhad kimi qapıçı da səhvə yol verdi. Dünya dağılmayıb. Bu komanda ilə iki oyunumuz da var hələ. Bunun əvəzini qaytarmağa çalışacaqğıq.
 
- Matçdan sonra hakimə nə deyirdiz?
- Sadəcə, söhbət edirdik. Dedim ki, komandam sırf Azərbaycan uşaqlarından ibarətdi. Belə şeyləri nəzərə almaq lazımdı.
 
- Demək olarmı ki, “Neftçi” sizi öz silahınız – sürətli oyunla vurdu?
- İlk hissədə kim yaxşı oynadı? Biz əla çıxış etdik. Oyuna nəzarət edirdik. İmkanlarımız da çox oldu. Rəqib səhvlərimizdən istifadə edirdi. İkinci hissədə, matçın sonuna yaxın çətinliklə üzləşdik. Son dəqiqələrdə buraxdığımız qol olmasaydı, rəqibin çox imkanları yox idi.
 
- Fasilədən sonra oyunun tempi azaldı. Bu, sizin tapşırığınız idi ki, hesabı qorusunlar?
- Ola bilər ki, yorğunluqla bağlıdı. Belə meydançaya öyrəşməmişik. Təbii örtük bizə çətinlik yaradırdı. Sürətin azalması yəqin ki, yorğunluqla bağlı idi. İlk hissədə oyunu nəzarətdə saxladıq, ikin ci hissədə isə yorğunluq sözünü dedi.
 
- Bu mövsüm avrokuboklar uğrunda yarışırsız. Bu, üzərinizdə təzyiq yaratmır ki?
- Təcübəli oyunçularımız var. Avrokuboklar haqda indidən danışmaq lazım deyil. Hələ bilmək olmaz. Sona qədər əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq.
 
- “Neftçi” artıq xal hesabında sizə çatdı. Bu heyətlə çətin olmayacaq ki?
- Vuruşacağıq. Heyət problemləri bizi narahat edir. Tək mən yox, bütün rəhbərlik bunu düşünməlidi. Ehtiyat skamyamız çox kasaddı. (Futbol11.az)

Xəbər xətti