Ramin Musayev: "Həmin "Neftçi" ilə oxşarlıq yoxdur" MÜSAHİBƏ

21:09 - 29 Oktyabr 2017

Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra PFL-iin prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Qrum rəsmisi ilk olaraq oyunla bağlı fikirlərini bölüşüb:

 

- Çox razı qaldım. Maraqlı oyun oldu. Mövsümün ən maraqlı görüşlərindən biri idi. 

 

- "Neftçi" ardıcıl dördüncü qələbəsini qazandı. Sizin dövrünüzdəki "Neftçi"yə oxşayır?

- Təbrik edirəm. Hələ həmin "Neftçi" ilə oxşarlıq yoxdur.

 

- Nə qədər vaxt lazımdır?

- 3 mövsümə Tərlan Əhmədov istədiklərini edə bilsə, alınacaq.

 

- "Neftçi" mövsümü neçənci pillədə tamamlaya bilər?

- Hər şey qışda ediləcək transferlərdən aslıdır. İndi bu haqda danışmaq tezdir.

 

- Bu turda kobud hakim səhvləri qeydə alındı...

- Oyun var ki, səhv də var da. Güclü komandalara qarşı qərəz olsa da, olar. Əsas odur ki, zəiflərə qarşı olmasın (gülür). O epziodlara baxmaq lazımdır. Fikirlər haçalanır. Oyunda hər şey baş verir.

 

- "Qarabağ"ın "Atletiko" oyunu haqda düşüncəniz necədir?

- Məncə, "Qarabağ" yaxşı oyunla azarkeşlərini sevindirəcək. Buna inanıram. Hər şey baş verə bilər.

Xəbər xətti