“Kəpəz” ilkə imza atıb. Bu, Topaz Premyer Liqasının X turuna təsadüf edib.
Sportal.az xəbər verir ki, “Keşlə” ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi tarixində ilk dəfə bu rəqibin meydanında 3 xal qazanıb.
1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən paytaxt klubu əvvəlki 14 ev oyununda gəncəlilərə uduzmamışdı. 2004-cü ilədək “Xəzər Universiteti” sonrakı 13 ildə “İnter” adlanan Bakı klubu ilə əvvəlki 14 səfər görüşündə “Kəpəz” cəmi 2 xal qazanmışdı. 12 dəfə uduzan qərblilər 15-ci cəhddən sindromu qıra bilib.
10.05.2000 Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) 3:1
08.03.2001 Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) 3:0
17.03.2002 Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) 2:0
05.07.2003 Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə) 8:0
25.04.2005 İnter (Bakı) - Gəncə 2:0
29.03.2006 İnter (Bakı) - Gəncə 5:0
23.12.2010 İnter (Bakı) - Gəncə 1:0
24.09.2011 İnter (Bakı) - Kəpəz (Gəncə) 0:0
30.10.2012 İnter (Bakı) - Kəpəz (Gəncə) 3:1
25.09.2015 İnter (Bakı) - Kəpəz (Gəncə) 1:0
19.02.2016 İnter (Bakı) - Kəpəz (Gəncə) 1:0
19.08.2016 İnter (Bakı) - Kəpəz (Gəncə) 2:2
28.01.2017 İnter (Bakı) - Kəpəz (Gəncə) 4:1
09.09.2017 İnter (Bakı) - Kəpəz (Gəncə) 3:2
28.10.2017 Keşlə (Bakı) - Kəpəz (Gəncə) 0:2