Azərbaycan - Argentina oyununun keçirilməsinə Messi mane olub

17:33 - 30 Oktyabr 2017

Messi Azərbaycan və Argentina yığmaları arasında yoldaşlıq oyununun keçirilməsini istəməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Vanguard" nəşri məlumat yayıb. Bildirilir ki, Messi başda olmaqla komandanın aparıcı futbolçuları nə Azərbaycan, nə də Ukrayna ilə yoldaşlıq oyunu keçirmək tərəfdarı olublar. Onlar Nigeriya ilə yoxlama matçının daha faydalı olacağını düşünüblər.

 

Bu iki komanda arasında görüş noyabrın 14-də Krasnodarda keçiriləcək. 

 

Qeyd edək ki, Argentinanın Azərbaycan və Ukrayna ilə yoldaşlıq oyunlarının baş tutmamasının səbəbi cənubi amerikalıların bu ölkələrin federasiyalarından müvafiq olaraq, 2 milyon və 1 milyon dollar istəməsi göstərilirdi. 

Xəbər xətti