"Qarabağ"ın gəncləri "Atletiko"nu məğlub etdi

20:11 - 31 Oktyabr 2017

UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
 

Sportal.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan təmsilçisi "Qarabağ”ın U-19 komandası İspaniyada "Atletiko” ilə qarşılaşıb. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Qarabağ"ın qrupda ilk qələbəsidir. Qrupun digər matçında "Çelsi" səfərdə "Roma"nı məğlub edib - 2:1. 

 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Çelsi”yə 0:5, "Roma”ya 0:3, "Atletiko”ya 1:5 hesabı ilə uduzub.

 

Gənclər Liqası

 

"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol:
Yaroslav Deda, 45
Madrid. "Estadio Cerro del Espino”

Xəbər xətti