Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.
Sportal.az xəbər verir ki, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
Prosineçkinin müqaviləsi dekabrın 4-də rəsmən başa çatacaq.
saytlarin hazirlanmasi