"Neftçi"nin futbolçusu Kiril Petrov Topaz Premyer Liqasının XI turunda "Zirə"yə 0:1 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Biz 90 dəqiqə hücum etdik. "Zirə" bu gün anti-futbol oynadı. Bir səgv oyunun taleyini həll etdi və uduzduq.
- Qolda daha çox kimin səhvi var idi?
- Meydanın ərkəzində topu itirdik. Qolda mənim də səhvim var idim. Düzgün ölçü götürmədim. "Zirə"nin hücumçusu topu daha tez ələ keçirdi.
- Qoldan sona komanda daxilində psixoloji gərginlik var idi...
- Bir bir ailəyik. Komanda daxilində belə hallar olur. Bunu unuduruq.
- 4 qələbədən sonra 3 ardıcıl gərgin oyun "Neftçi"ni gözləyirdi. Artıq bir oyunda yenildiniz...
- Gələn oyunlarda yaxşı oynamağa çalışacağıq. Bu gün biz oyuna görə uduzmadıq. Yaxşı oyun sərgilədik. 1 səhv bizə baha başa gəldi.
- Matçın gedişində "Zirə"nin futbolçusu Milan Duriçlə mübahisə etdin...
- Mən ondan təmiz şəkildə topu aldım. Ancaq rəqib oyunçular qaydanı pozduğumu əsas gətirərək, hakimə etiraz etdilər. Mən də onun dedim ki, niyə qışqırısan? Belə bir vəziyyət yarandı.
- Oyundan sonra Duriçin əlini sıxmadın...
- Futbolçuyuq, hamımız eyni işi görürük. Belə bir adamlar isə təxribatla məşğuldurlar. Ona görə də əlini sıxmaq istmədim.
saytlarin hazirlanmasi