Futbol üzrə Makedoniya Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da bu turnirdə növbəti matçını keçirib.
Sözügedən kollektiv bu mərhələnin ilk oyununda səfərdə “Pelister”lə qarşılaşıb. 7 qolun qeydə alındığı görüşdə futbolçumuzun komandası məğlubiyyətlə üzləşib – 2:5.
Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Bu komandalar arasındakı cavab qarşılaşması noyabrın 29-da “Pobeda”nın meydanında keçiriləcək.
saytlarin hazirlanmasi