“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə “İnter” klubunun heyətində Topaz Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub.
Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.
saytlarin hazirlanmasi