Azərbaycan I Divizionunda IX turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, günün ilk oyun günündə "Şüvəlan" evdə "Xəzər"i qəbul edib. Oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə "Binə" MOİK-i evdə məğlub edib - 1:0.
14:30 “Binə” – MOİK - 1:0
Qol: Timur Dadaşov, 58 (pen.)
Qırmızı vərəqələr: Morifere, 80 ("Binə") - Cəmil Hacıyev, 57, Qərib İbrahimov, 80 (hər ikisi MOİK)
Hakimlər: Rəhim Həsənov, Məmmədəli Kərimov, Elşad Abdullayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Rəhman Tağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
Binə qəsəbə stadionu
14:30 “Şüvəlan” – “Xəzər” - 1:0
Qol: Nuqzar Kvirtiya, 28
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Ramiz Əsədov
“AZAL Arena”