"Qarabağ" Topaz Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın üzvü ilk olaraq oyun haqda danışıb:
- ÇL-də "Çelsi" ilə oyunöncəsi çempionat matçının burada keçirilməsi bizə yardım olacaq. "Sumqayıt"ı kiçiltmək istəmirəm, hörmətəlayiq komandadır. Biz öz oyunumuzu nümayiş etdirib qalib gəldik.
- Son turlarda "Qarabağ"ın oyunçuları tez-tez qırmızı vərəqələr alırlar. Bu haqda nə deyə bilərsən?
- Buna münasibət bildirməsəm, yaxşı olardı.
- "Çelsi" ilə oyun haqda düşüncələrin necədir?
- Çalışacağıq ki, layiqli oyun nümayiş etdirək. Çox çalışmalıyıq.
- BOS-da Premyer Liqa tarixinin ilk oyunu keçirildi və ilk qolu sən vurdun. Tarixə düşmək sənin nə dərəcədə əhəmiyyətlidir?
- Bunun mənim üçün elə bir önəmi yoxdur. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdırdıq.
saytlarin hazirlanmasi