"Kəpəz" Topaz Premyer Liqasının 12-ci turunda evdə "Səbail"i qəbul edib.
Sportal.az xəbər verir ki, Gəncə klubu doğma divarlar arasında 2:3 hesablı yenilgi yaşayıb. Qarşılaşmadan sonra "sarı-göylər"in çalışdırıcısı Şahin Diniyev mətbuat konfransında istefa verdiyini açıqlayıb. Onun bu qərarını klub rəhbərliyinin qəbul edib-etməyəcəyi bəlli deyil.
"Kəpəz" 12 turdan sonra 7 xalla sonuncu - 8ci yerdə qərarlaşıb.
Şahin Diniyev 2015-ci ildən “Kəpəz”i çalışdırırdı.
saytlarin hazirlanmasi