Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) doğma meydanda “Lok Leyptsiq”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. 28-ci dəqiqədə penaltidən hesabı açan Rüfət matçın 44-cü dəqiqəsində hesabı 2:0 edib.
"Dinamo" hazırda 29 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi