Futbol üzrə Makedoniya çempionatında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Sileks”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Pobeda” geridə qalan turlarda 15 xal qazanıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi