“Çelsi”nin kapitanı Qari Keyhill açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu noyabrın 22-də Bakı Olimpiya Stadionunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:
“Romadakı 0:3 hesablı yenilgi bizim üçün dönüş nöqtəsi oldu. Həmin oyundan sonra “Mançester Yunayted”ə qalib gəldik. Çempionatın son 4 turunu qələbə ilə başa vurmuşuq. Çempionlar Liqası bizim üçün vacib turnirdir. Qarşıda “Qarabağ”la çətin oyunumuz var. Hər şey öz əlimizdədir. Bakıda bizə qələbə lazımdır. Özümüzə güvənməliyik”.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi