“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıya gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçirilən “Qarabağ” – “Çelsi” matçını izləyir. Türkiyəli mütəxəssis matçı "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəllə birgə seyr edir.
Qeyd edək ki, ötən gecə “Portu” ilə bərabərə qalan İstanbul təmsilçisi ÇL-in 1\8 finalına yüksəlib. Bu münasibətlə Olimpiya Stadionunun divarları “Come to Beşiktaş” yazıları ilə bəzədilib, bununla da, qardaş ölkə klubuna dəstək verilib.
saytlarin hazirlanmasi