Çempionlar liqasının növbəti turu çərçivəsində baş verən "Qarabağ" - "Çelsi" oyunu 0-4 hesabı ilə başa çatıb
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın futbolçusu Mahir Mədətov jurnalistlərə müsahibə verib:
- Oyunla bağlı fikirləriniz? Nə gözləyirdiniz, nə baş verdi?
- Belə başlanğıc gözləmirdik. Yaxşı başlamışdıq. Amma olmadı..
- Penalti ilə bağlı nə fikirləşirsiz? Rəşad özü paltardəyişmə otağında nə dedi?
- Penalti ola bilər, amma bu, qırmızı vərəqə deyildi.
- İkinci hissədə sistem niyə pozuldu? Sanki birinci hissədən fərqli olaraq ikincidə rəqib daha rahat hücumlar qururdu.
- "Çelsi" kimi komanda ilə oynamaq asan deyil. Ola bilər ki, müəyyən vaxtdan sonra biraz yorğunluq oldu.
- Qurban Qurbanov penalti zamanı hamınızı yanına çağırdı. Nə dedi sizə?
- Diqqətli olmağa çağırdı. Motivasiya etdi.
- Oyundan sonra "Çelsi"nin paltardəyişmə otağına girdiniz. Formaları dəyişirdiniz?
- Yox, mən formalarımı heçkimə vermirəm. Qapıçımız Anton Kanibolotski də orada idi. Sadəcə, salamlaşma idi. Formalarımı anam yığır.
saytlarin hazirlanmasi