“Qarabağ" çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam”.
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir bildirib ki, oyunun qırılma nöqtəsi matçın 20-ci dəqiqəsində oldu: “Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.
Məmmədyarov onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 oyunda verilən qırmızı vərədə məqsədli şəkildə deyil: “Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq. ”
Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.
saytlarin hazirlanmasi