Çexiya çempionatında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
Kamran da bu görüşün iştirakçısı olub. Qırmızı vərəqə aldığı üçün ötən tur meydana çıxmayan futbolçumuz bu görüşdə ilk dəqiqələrdən sonadək meydanda olub və 4 qola üzülüb.
Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi