Kipr çempionatında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “AEL Limassol”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Abdullayev vurub. Millimizin üzvü 12-ci dəqiqədə hesabı açsa da, komandası bu üstünlüyü qoruya bilməyib.
Geridə qalan turlarda 27 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.
saytlarin hazirlanmasi