Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 13-cü tur çərçivəsində doğma meydanda “Haydenhaym”la qarşılaşıb. 4 qolun vurulduğu oyunda frankfurtlular yenə uduzublar - 1:3.
Futbolçularımız da bu matçın iştirakçısı olublar. Mahmudov 64-cü dəqiqədə meydana buraxılıbsa, matça start heyətdə başlayan Dadaşov sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Renat vurub. O, 84-cü dəqiqədə hesabı 1:2 etsə də, “Ayntraxt”ı məğlubiyyətdən xilas etmək mümkün olmayıb.
“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi