“Çox yaxşı komandaya qarşı oynadıq”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la qolsuz heç-heçə edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Çətinlik çəkdik. Qələbə qazana və məğlub ola bilərdik. İmkanlarımız olsa da, yararlana bilmədik”.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Bu barədə danışmaq istəmirəm. Hakimlərə AFFA-da qiymət veriləcək. Amma oyun epziodu zamanı emosiyalar olur, bunu normal qarşılamaq lazımdı.
- Elman Taqayevin oyununda geriləmə var.
- Elman zədəli idi. Fikrimcə, tam hazır deyil, amma məcburiyyətdən şans verdim. Düşünürəm ki, gələcək oyunlara qədər formasını bərpa edəcək.
saytlarin hazirlanmasi