Türkiyə BAL Liqasında 10-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" doğma meydanda "İnönü Universitesispor"u qəbul edib. Malatya derbisi 2:2 hesablı bərabərliklə başa çatıb.
Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 10 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 15 xalla 5-ci pillədə qərarlaşıb.