Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə “Vorskla” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi