Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Darmştadt”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Nazarov verib.
“Aue” geridə qalan turlarda topladığı 22 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi