Kipr çempionatında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda “Alki Oroklinis”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qələbə qolunu da Abdullayev vurub. Millimizin üzvü 90-cı dəqiqədə fərqlənməklə Kipr çempionatında ikinci qoluna imza atıb.
Geridə qalan turlarda 33 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.
saytlarin hazirlanmasi