Ukrayna çempionatında 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, görüşün 83-cü dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi