Türkiyə BAL Liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" doğma meydanda "Araban Bələdiyyəspor"u qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Röyal Nəcəfov matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Röyal komandasının qollarından birinin müəllifi olub.
Qeyd edək ki, 11 turdan sonra rəqiblərindən 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 15 xalla 6-cı pillədə qərarlaşıb.