İspaniya Sequndasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” doğma meydanda “Sevilya Atletiko” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Eddi də bugörüşün iştirakçısı olub. Uzun müddət idi yaşıl meydanlardan kənar qalan millimizin üzvü bu qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən oynamaq şansı qazanıb.
Qeyd edək ki, “Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi