Millimizin üzvü Dəniz Yılmaz çıxış etdiyi Türkiyənin "Bursaspor" klubundan borcunu alıb.
Sportal.az xəbər verir ki, "Adanaspor"la oyundan sonra borcunun ödənilməsini rəhbərlikdən tələb edən DƏniz Yılmaz onları hədələyib. Dəniz borcunun ödənməməsi halında müqaviləsini birtərəfli qaydada pozaraq, azad agent olacağını bildirib. "Bursaspor" maliyyə fair-pleyi məsələsində problemlə üzləşməmək üçün millimizin üzvünün borcunu verib.
Yılmazın bu hərəkəti maddi problemlər yaşayan klubun prezidenti Ali Ayı əsəbiləşdirib.
Qeyd edək ki, "Bursaspor" qış transfer pəncərəsində Dəniz Yılmazı satmaq niyyətindədir.
saytlarin hazirlanmasi