Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” doğma meydanda Drezden “Dinamo”su ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Erat bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Duysburq” geridə qalan turlarda topladığı 26 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi