Millimizin üzvü "Bursaspor"un məşqlərindən kənarlaşdırıldı

10:59 - 19 Dekabr 2017

Millimizin futbolçusu Dəniz Yılmaz "Bursaspor”un əsas komandasının məşqlərindən kənarlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, onun oyununundan razı qalınmadığı üçün  belə bir addım atıb.

Məlumatı klubun prezidenti Ali Ay təsdiqləyib. O, D.Yılmazı istəmədiklərini bildirib: "Düzdür, hazırda bizim futbolçumuzdur. Onu heyətdən kənarlaşdırmamışıq, amma əsas komanda ilə birgə daha çalışa bilməz. Bundan sonra heyətə daxil olmayacaq. Oynamayacağı üçün özü komandadan ayrılmaq istyəcək".

Xəbər xətti