Portuqaliya II liqasında XVIII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma meydanda "Vitoria Qimarayş"ın B komandasını qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu bu matçın iştirakçısı olub. Zədəsini yeni sağaldan yarımmüdafiəçi oyunun 64-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 18 turdan sonra aktivində 24 xal olan "Sportinq" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi