İspaniya Sequndasında 20-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” doğma meydanda “Hueska” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib. Bundan 7 dəqiqə öncə isə o, sarı vərəqə iləcəzalanıb.
“Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi