Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Dəniz bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə klub rəhbərliyi tərəfindən əsas komandadan kənarlaşdırılan futbolçunun hətta “Bursaspor”u ümumiyyətlə tərk etməsi gözlənilir.
Bursalıların “Gənclərbirliyi” ilə cavab görüşü yanvarın 16-da keçiriləcək.
saytlarin hazirlanmasi