U-21 millimizin futbolçusu Ozan Can Kökçünün yeni klubu “Valveyk” yoxlama görüşü keçirib.
Sportal.az xəbər verir ki, Hollandiyanın ikinci liqa təmsilçisi 4-cü divizionda çıxış edən DOVO ilə matçda qüvvəsini sınayıb. Ozan da bu matçın iştirakçısı olub. Gənc vinger 65-ci dəqiqəsində qarşılaşmada son qolu vuraraq komandasının 4:0 hesablı qələbəsində pay sahibi olub.
Xatırladaq ki, Ozan Can Kökçü ötən il millimizdə çıxış etməkdən imtina etsə də, sonradan fikrini dəyişib. U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov 19 yaşlı futbolçunu Antalyada baş tutacaq təlim-məşq toplanışına dəvət edib.
saytlarin hazirlanmasi