Türkiyə BAL Liqasında 2-ci dövrəyə start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" 12-ci turda doğma meydanda "Tatvan Genclerbirliği"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 10:0 hesablı qələbəsiylə başa çatıb.
Həmyerlimiz üçün yeni transfer olunduğu komandada debüt oyunu uğurlu alınıb. Belə ki, təcrübəli forvard qarşılaşmada 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Nəcəfov Türkiyədə vurduğu qolların sayını 11-ə yüksəldib. O, bu qollardan 7-ni sabiq klubu "Malatya Yeşilyurtspor"da vurub.
12 turdan sonra aktivində 34 xal olan "Ağrıspor" ən yaxın izləyicisini 11 xal qabaqlamaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
saytlarin hazirlanmasi