Azərbaycan millisinin sabiq futbolçusu və hazırda Almaniya Regionalliqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən “Şportfroynde” klubunun transfer hədəfindədir.
Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.
Qeyd edək ki, Dadaşov 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olub.
saytlarin hazirlanmasi