"Qarabağ"dan "Fair Play" nümunəsi: Mahir Mədətov penaltini kənara vurdu VİDEO

20:59 - 17 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıq matçında Rusiyanın "Kuban" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, matçın 40-cı dəqiqəsində hakim rusların qapısına penalti təyin edib.

 

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qayın Miçelə qarşı hərəkətini qaydalardan kənar olduğunu düşünən referi "nöqtə"ni göstərib. Ancaq sözügedən vəziyyətdə hakimin qərarı ilə "Qarabağ"lı oyunçular da razılaşmayıblar.

 

Belə olan halda ağ nöqtəyə yaxınlaşan Mahir Mədətov topu nümayişkaranə şəkildə kənara vuraraq penaltini qeyr-dəqiq. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

Xəbər xətti