Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" dünən ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlığın 9-cu günündə meydana çıxıb. Qurban Qurbanovun yetirmələri Rusiyanın "Kuban" klubu ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.
"Qarabağ"ın qollarını Əfrans İsmayılov və Zaur Fərzəliyev vurub.
saytlarin hazirlanmasi