"Fənərbaxça"nın "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib.
Sportal.az klubun "Facobook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi tərəfindən "Çelsi"ylə matçda açılan Azərbaycanın ən böyük xoroeqrafiyasında əməyi olan azarkeş qrupunun bir neçə üzvü dünən "Kuban"la yoxlama oyunundan öncə komandanın düşərgəsində olub.
Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkili çəkdiriblər.
saytlarin hazirlanmasi